Cəmiyyət

Bakıda avtomobil 26 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Sharing is caring!

Bakıda avtomobil 26 yaşlı gənci vuraraq ağır xəsarət yetirib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində “Mercedes” markalı avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Altun Cəfərovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol ayağın çoxsaylı sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir