İqtisadiyyat

Naxçıvan MR-də qeydiyyata alınan vergi ödəyicilərinin sayı artıb

Sharing is caring!

Naxçıvan MR-də qeydiyyata alınan vergi ödəyicilərinin sayı 2,3 dəfə artıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan MR Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-fevral aylarında muxtar respublikada 980 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,3 dəfə çox olub.

Fevral ayında kommersiya qurumlarının 61%-i elektron qaydada, 39%-i isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında uçota alınıb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir