Cəmiyyət

Cari ildə işğaldan azad edilən ərazilərə ceyranların köçürülməsi gözlənilir – AÇIQLAMA

Sharing is caring!

“İşğaldan azad edilmiş ərazilərdə vaxtilə ceyranlar olub. Reproduksiya edilən növlərin məhz həmin ərazilərdə bərpası məqsədi güdülür”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev nazirliyin “Facebook” hesabında yayımlanan “Ekspert saatı”nda işğaldan azad edilən ərazilərə buraxılan ceyranların necə mühafizə olunduqlarına dair sualı cavablandırarkən deyib.

O bildirib ki, işğaldan azad edilən ərazilərdə də reproduksiya tədbirlərinə başlanılıb:

“İlk tədbir kimi 33 baş ceyranın Cəbrayıl rayonunda onların yaşama arialına uyğun ərazilərə buraxılmasıdır. Onlar GPS halqalarla təchiz ediliblər. Eyni zamanda ETSN-in, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən ərazidə monitorinqlər aparılır. Sonuncu dəfə Füzulinin Əhmədbəyli kəndində görünməsi onların yaşaması üçün uyğun yer hesab olunması deməkdir. Bu ceyranlar Şimal Milli Parkından gətirilib və məhz səhra, yarım səhra iqlimində formalaşıblar.

Xüsusilə deyim ki, biz 33 baş ceyranla kifayətlənməyi düşünmürük. Bu il və gələcəkdə işğaldan azad edilən ərazilərdə ceyranların, eləcə də digər heyvanların sayının artırılması istiqamətində işlər davam etdiriləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir