Cəmiyyət

Xızıda atları oğurlayan dəstə üzvləri saxlanılıblar – VİDEO

Sharing is caring!


Xızı rayonunun ərazisindəki örüş sahəsindən sakinlərə məxsus atların ayrı-ayrı vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Daşqın Qəmbərov, R.Hüseynov və E.Aslanov saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları atları satdıqlarını və əldə etdikləri pulu isə öz aralarında böldüklərini etiraf ediblər.

Həmin şəxslərin digər rayonlarda da analoji əməllər törətmələri istisna edilmir.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir