Siyasət

“Azərbaycan Əfqanıstanda səfirlik açıb və bu, məntiqlidir” – Şərqşünasla MÜSAHİBƏ

Sharing is caring!


Dünya dövlətləri, o cümlədən Mərkəzi Asiya ölkələri və beynəlxalq strukturlar “Taliban” hərəkatı ilə getdikcə daha çox təmasda olurlar. Azərbaycan da bu həftə Kabildə rəsmi olaraq səfirliyini açıb – Əfqanıstandakı səfirimiz İlham Məmmədov “Taliban” hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqiyə diplomatik nümayəndəliyin açılması ilə bağlı rəsmi məktubu təqdim edib.

Bu tendensiyalar nə deməkdir? Belə çıxır ki, dünya Əfqanıstanda de-fakto hakimiyyətdə olan “Taliban”ı təcrid etməyə və onlardan təcrid olunmağa ehtiyac olmadığını düşünür?

Şərqşünas, Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Kirill Semyonov vəziyyəti Oxu.Az-a şərh edib:

– Əslində, indi heç kim “Taliban”ı təcrid etmir. Özü də onlar hələ hakimiyyətə gəlməmişdən əvvəl belə bir perspektivə sahib idilər. “Taliban”la pərdəarxası qurulan əlaqələr onlar Əfqanıstanda de-fakto hökumət olduqdan sonra dayanmadı. Əksinə, bir çox ölkə və təşkilatlar öz səfirliklərini və nümayəndəliklərini saxlayıblar. Hərəkatın nümayəndələri Orta Asiyanın bir çox ölkələrində – Türkiyə, Rusiya, Pakistan, Çin, İran, ərəb dövlətləri və s. ölkələrdə olublar. İqtisadi əlaqələr də var.

Hazırda deyə bilərik ki, “Taliban” üzərindəki “etiket”ləri silmək vəzifəsi ilə üzləşib, çünki hərəkat BMT-nin sanksiya siyahısında terror təşkilatı hesab olunur. Bununla belə, “Taliban”ın bəzi liderlərinin üzərindən sanksiyalar götürülüb ki, onlar müəyyən tədbirlərdə iştirak etsinlər. Əfqanıstanda indi dünyanın da təkid etdiyi hökumətin inklüzivliyi və qadın hüquqları ilə bağlı vəziyyətlə bağlı məsələlər qalır.

Azərbaycana gəlincə, Bakının prosesə qoşulması və Kabildə səfirliyini açması tamamilə məntiqlidir.

– Yeri gəlmişkən, “Taliban” Azərbaycanın da daxil olduğu 40 ölkədə Əfqanıstan səfirliyi ilə əlaqə saxladıqlarını bildirib.

– Bəli, dünyanın bir çox ölkələrində “Taliban”ın adından işləyən və ya onlarla əlaqədə olan Əfqanıstan səfirlikləri var. “Taliban” de-yure tanınmasa da, de-fakto bu və ya digər şəkildə Əfqanıstan hakimiyyəti kimi tanınır.

– Dünya ölkələri, o cümlədən Azərbaycan Əfqanıstanın iştirakı ilə hansı iqtisadi layihələrdə maraqlı ola bilər? Əfqanıstan, Türkiyə, Türkmənistan, Azərbaycan və Gürcüstan arasında layihə olan Lazurit yolu Beynəlxalq Tranzit Dəhlizini xatırlamaq yerinə düşər.

– Təbii ki, neft kəmərləri də daxil olmaqla bir sıra ciddi layihələr var. Çin və Pakistandan İran və Mərkəzi Asiyaya dəhliz və s. müzakirə olunur. Hazırda bu layihələr, əsasən, nəqliyyat layihələridir. Perspektivdə faydalı qazıntılar hasilatı barədə də danışıqlar var; Əfqanıstan çox zəngin resurslara malik ölkədir, ona görə də Azərbaycan bu sahədə əməkdaşlıqda maraqlı ola bilər.

Ancaq təbii ki, “Taliban” hakimiyyətinin başqa məsələlərlə yanaşı, de-yure tanınmaması ilə bağlı risklər hələ də mövcuddur.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir