İdman

İmişli şəhər stadionunda oyunların keçirilməsinə icazə verildi

Sharing is caring!


Peşəkar Futbol Liqası (PFL) tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib.

PFL-in rəsmi saytının yaydığı məlumata görə, aparılan təmir və yenidənqurma işlərindən sonra stadion I Divizion oyunlarını qəbul etmək üçün məqbul hesab olunub.

“İmişli” sözügedən stadionda cari mövsümdə ilk ev oyununu aprelin 12-də “Qarabağ-2” komandasına qarşı keçirəcək. Görüş saat 16:00-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir