İqtisadiyyat

Prezident İlham Əliyev: “İtaliya-Azərbaycan əlaqələri böyük coğrafiyanın maraqlarını təmin edir”

Sharing is caring!

“İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını deyil, böyük coğrafiyanın maraqlarını təmin edir”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük istilik elektrik stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş tədbirdə deyib.

“Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər – dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni bu, doğrudan da, çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir