İqtisadiyyat Manşetüstü

Azərbaycanın tam üzən məzənnəyə keçməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Sharing is caring!

“2020-ci ildə “tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil. Bunu o zaman edə bilərik ki, inflyasiyanın hədəflənməsi rejiminə keçək”.

XəbərAl.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, əgər bu gün aşağı səviyyəli inflyasiya varsa, bu, məzənnə və məzənnə gözləntilərinin sabitliyi deməkdir: “Əgər biz bu sabitliyi başqa yola hədəfləyiriksə, “tam üzən məzənnə”yə keçmək mümkün deyil. Dünyada 70 neft ixrac edən ölkə var. Onlardan yalnız 24-25-də bu mümkündür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir