İqtisadiyyat

Rusiya Azərbaycanla sərhəddə keçid məntəqələrinin yenidən qurulmasını 2026-cı ilə qədər başa çatdıracaq

Sharing is caring!

Rusiya 2026-cı ilədək Azərbaycanla sərhəd-keçid məntəqələrinin yenidən qurulmasını yekunlaşdıracaq.

Bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin dövlət sərhədindən buraxılış məntəqələrinin təşkili sahəsində Dövlət siyasəti departamentinin direktoru Mixail Kokoyev bildirib.

“Cari ilin sonuna kimi biz Yaraq-Qazmalar keçid məntəqəsinin yenidən qurulmasının birinci mərhələsini başa çatdıracağıq. Həmin vaxt bizim 1 000-ə qədər maşını buraxa biləcəyimiz 10 hərəkət zolağımız olacaq. Bundan əlavə, Tahirkənd-Qazmalar və Novo-Filya keçid məntəqələrinin tikintisinin layihələndirilməsi üzrə müqavilələr imzalanıb”, – deyə departamentin direktoru izah edib.

Onun sözlərinə görə, həmçinin 2023-cü ildə Tahirkənd-Qazmalar məntəqəsində yükdaşımaları üçün iki əlavə zolağın tətbiqinə qərar verilib.

Qeyd edilir ki, Dağıstana işgüzar səfəri çərçivəsində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və respublikanın rəhbəri Sergey Məlikov yenidən qurulmaqda olan Yaraq-Qazmalar çoxtərəfli avtomobil keçid məntəqəsinə baxış keçiriblər.

Görülən işlər nəqliyyatın və turistlərin sayı baxımından keçid məntəqəsinin keçid qabiliyyətini təxminən üç dəfə artıracaq. O cümlədən, yük dövriyyəsi ildə 2,3-2,9 milyon tona, potensial artım isə 3,5-4 milyon tona qədər artacaq. Eyni zamanda burada sərhədi keçmək üçün rahat şəraitin yaradılması nəzərdə tutulur.

2027-ci ilin sonuna qədər Rusiya bir sıra sərhəd keçidlərini, o cümlədən dəniz və dəmiryol keçidlərini modernləşdirməyi planlaşdırır.

Yaraq-Qazmalar keçid məntəqəsi 2020-ci ilin iyul ayından yenidən qurulur. Nəzarət-keçid məntəqəsinin yenidən qurulmasında məqsəd onun buraxılış qabiliyyətinin artırılması, nəzarət prosedurlarının aparılması üçün vaxtın azaldılması, vətəndaşların sərhədi keçmələri üçün rahat şəraitin təmin edilməsidir.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir