İqtisadiyyat

Vuçiç Putinin çıxışını şərh elədi: “Avropada qütb soyuğu olacaq”

Sharing is caring!

“Avropada qarşıdan gələn qış soyuq, növbəti qış isə qütb soyuğu olacaq”.

Bunu Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiç türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.

“Rusiya Prezidenti Vladimir Putinin bu gün canlı efirdə bir qismini izlədiyim açıqlamasına gəlincə, onu bu cür şərh edərdim: bu qış bizim üçün çox soyuq keçəcək, gələn qış isə bütün Avropada qütb soyuğu olacaq. Heç kim çıxış yolları tapmaq istəmir, kompromisə getmək istəmir, hamı rəqibin məğlubiyyətini gözləyir. Əgər siz Rusiyaya hərbi yolla qalib gələcəyinizi hesab edirsinizsə, onda bizə yalnız soyuq qışa və qütb soyuğuna hazır olmaq qalır”, – deyə Serbiya lideri bildirib.

Vuçiç onu da qeyd edib ki, Avropa İttifaqının (Aİ) Rusiya qazının qiymətinə necə məhdudiyyət tətbiq edəcəyini anlamır:

“Bilirəm, indi Aİ-ni danlamaq dəbdir. Mən Aİ-nin beş tədbirini görmüşəm, beşincini o qədər də başa düşmürəm, onlar qaza necə tavan qiymət tətbiq edə bilərlər? Amma digər dörd tədbir ağlabatandır, yaxşıdır”.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir