Cəmiyyət

Azərbaycanda tələbə təqaüd yerlərinin sayı azalıb?

Sharing is caring!

“Azərbaycanda tələbə təqaüd yerlərinin sayı azalmayıb. Hər iki tələbədən biri təqaüd alır”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, bu, rəqəm ayrı-ayrı illər üzrə fərqlənir:

“Əvvəlki illərlə müqayisədə dövlət sifarişlərin sayı artıb. Əvvəlki illərdə dövlət sifarişli yerlərdən əlavə 15 faiz ödənişli əsaslarla oxuyan tələbələrə təqaüd verilirdi. Dövlət sifarişli yerlərin sayı artdığı üçün əlavə təqaüdlərin sayı azalıb. Yəni, o təqaüdlər dövlət sifarişi ilə qəbul olanlara yönəlib. Yəni rəqəmlər dəyişməyib”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir