İqtisadiyyat

“Petkim”in İdarə Heyətinə yeni rəhbər təyin olunub

Sharing is caring!

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “Petkim Petrokimya Holding AŞ”nin (“Petkim”) İdarə Heyətində dəyişikliklər olub.

Bu barədə Türkiyənin Kamu Aydınlatma Platforması məlumat yayıb.

Bildirilir ki, bundan sonra şirkətin İdarə Heyətinə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov rəhbərlik edəcək. O, bu vəzifədə sabiq SOCAR prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevi əvəz edəcək.

SOCAR-ın digər vitse-prezidenti Kənan Nəcəfov isə “Petkim”in İdarə Heyətinin sədr müavini təyin edilib.

İdarə Heyətinin üzvləri və vəzifə bölgüləri aşağıdakı kimidir:

Süleyman Qasımov (İdarə Heyətinin sədri)

Kənan Nəcəfov (İdarə Heyətinin sədr müavini)

Zaur Qurbanov (İdarə Heyətinin üzvü),

Teymur Abasquliyev (İdarə Heyətinin üzvü),

Mehmet Celal Savaş (İdarə Heyətinin üzvü),

Sibel Uğur (İdarə Heyətinin üzvü),

Murat Zaman (İdarə Heyəti üzvü, müstəqil),

Bekir Emre Haykır (İdarə Heyətinin üzvü, müstəqil),

Neslihan Tonbul (İdarə Heyətinin üzvü, müstəqil).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir