Cəmiyyət

Nazir məktəbli formalarından DANIŞDI: “Gərginlik var”

Sharing is caring!

“Yeni məktəbli formaları ilə bağlı cəmiyyətdə hansısa gərginlik var”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bəzən bu, məlumatsızlıq ucbatından, bəzən valideynlərin düz ünvanlara müraciət etməmələri səbəbindən baş verir:

“Elm və Təhsil Nazirliyi məktəbli formalarının satışı, tikişi ilə məşğul olan qurum deyil. Biz yalnız həmin formaların nümunəvi tövsiyə olan formada olmasına nəzarət edirik. Burada məcburiyyət yoxdur”.

“Əgər məcburiyyət olarsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional idarələrə müraciət oluna, məsələyə baxıla və ölçü götürülə bilər”, – deyə nazir əlavə edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir