Cəmiyyət

Müəllimlər erkən sertifikasiya üçün müraciət edə bilər?

Sharing is caring!

Elm və təhsil naziri Emin Əmrullayev bəzi müəllimlərin öz müraciətləri əsasında erkən sertifikasiyada iştirak edə bilib-bilməməsi məsələsinə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, nazir bildirib ki, bunun üçün nazirliyə bəlli büdcə planlanması lazımdır: 

“Bu, mümkün deyil. Bunun üçün bizə bəlli büdcə planlanması lazımdır. Biz bu prosesi dizayn edəndə könüllü etsəydik, bütün yüksək bal toplamaq istəyən müəllimlər öncə gələcəkdi və digər müəllimlər kölgədə qalacaqdı. Ona görə də bu bəlli bir plan əsasında həyata keçiriləcək”.

“Bildiyiniz kimi biz diaqnostika imtahanlarını da mərhələli şəkildə etdik. Təbii ki, kriteriya olaraq hansı bölgələrdə, hansı məktəblərdə təhsilin daha səmərəli təşkilini görürüksə, orada sertifikasiyanı daha tez etməyə çalışacağıq. Digər tərəfdən buraxılış fənlərini tədris edən müəllimlərin sertifikasiyasını əvvələ salacağıq”, – deyə nazir əlavə edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir