İdman

Mirabdulla Abbasovun yeni klubu bəlli oldu

Sharing is caring!

“Neftçi”dən ayrılan Mirabdulla Abbasovun yeni klubunun adına aydınlıq gəlib.

27 yaşlı futbolçu ilə “Şamaxı” ilə “Səbail” yaxından maraqlansa da, Abbasov Bakıda qalıb “dənizçilər”lə müqavilə bağlamağı qərara alıb.

Bu barədə Sports.az-a klubun icraçı direktoru Fərəc Əliyev məlumat verib:

“Mirabdulla Abbasovla apardığımız danışıqlar az öncə yekunlaşdı. Ortaq məxrəcə gəldik və qarşıdakı 1 ildə “Səbail”in formasını geyinəcək. Çox güman, bu gün müqavilə imzalanacaq. Ən pis halda bazar ertəsinə qədər məsələ rəsmiləşəcək”.

Mirabdulla Abbasov karyerası ərzində “Neftçi”, “Səbail”, “Sumqayıt” və “Dauqavpils”in şərəfini qoruyub, Azərbaycan millisində forma geyinib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir