Cəmiyyət

Yevlax sakini calaq üsulu ilə fərqli üzüm yetişdirib – VİDEO

Sharing is caring!

Gilələri daha böyük, dadı şipşirin, çəkisi isə digər üzüm sortlarından ağırdır. 

Söhbət Yevlax sakini Vidadi Şöyübovun calaq üsulu ilə yetişdirdiyi üzümdən gedir. Rayonun Ərəbbəsrə kənd sakini yüksək məhsul əldə etmək üçün ikimərtəbəli calaq üsulunu seçib. 

İxtisasca aqronom olan Vidadi Şöyübovun zəhməti öz bəhrəsini verib. İkinci ilində yeni üzüm sortu məhsuldarlığı ilə yanaşı, iri gilələri ilə də digər sortlardan fərqlənib.

İsti iqlimi ilə seçilən Yevlaxda üzüm yetişdirmək o qədər də asan başa gəlmir. Ərəbbəsrə kənd sakini məhsulu həm quşlardan, həm də vəhşi canlılardan qorumalı olur. Bazara çıxarılan məhsulun qiyməti isə hələ ki onun ürəyincədir.

Qeyd edək ki, kənd sakini calaq üsulu ilə yetişdirdiyi yeni üzüm sortunu gələcəkdə daha geniş sahələrdə becərməyi düşünür.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir