Cəmiyyət

Geyim dükanlarının 99 qəpik sirri: İtirən alıcılar, qazanan satıcılardır – VİDEO

Sharing is caring!


Əksər mağazalarda məhsulların qiymətinin sonu 9 və ya 99 qəpiklə bitir. 1,29, 6,49, 14,99 qəpik və sair.

Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı ekspert Eyyub Kərimli deyir ki, məhsulların qiymətinin belə təqdim olunması tam olaraq sahibkarın xeyrinədir. Yəni, bu cür qiymətləndirmədə itirən alıcı, qazanan isə şəbəkə olur. 

Psixoloq Könül Xəlilova deyir ki, 99 strategiyası biznes tələsidir və bu addımla alıcılara maksimum psixoloji təsir edilir. Məsələn, 15 manat  99 qəpiyə satılan məhsulu heç kim 16 manat kimi qəbul etmir, hər kəs fokslanır 15 rəqəminə.

Mütəxəssislər deyir ki, hazırda bu 1 qəpikləri itirməməyin ən optimal yolu nağdsız qaydada, yəni kartla alış-veriş etməkdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir