Siyasət

Ekspert: “3+3” formatı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün faydalı ola bilər”

Sharing is caring!


“Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan arasında əməkdaşlığı nəzərdə tutan “3+3” formatı Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün faydalı ola bilər”.

Bunu “Report”a açıqlamasında türkiyəli politoloq Engin Özer deyib.

Onun fikrincə, bu təşəbbüs Cənubi Qafqaz regionunun bir çox problemlərinin qonşuların özləri tərəfindən həllinə töhfə verə bilər: “Digər aktorlar və üçüncü ölkələr regionun işlərinə qarışmamalıdırlar”.

Politoloq qeyd edib ki, bu platforma həm də nəqliyyat kommunikasiyalarının açılması və bütün regionun iqtisadi inkişafı məsələlərinin müzakirəsi üçün çox vacibdir.

Xatırladaq ki, bu gün İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin “3+3” formatında görüşü keçiriləcək. Gürcüstan görüşdə iştirak etməyəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir