İqtisadiyyat

Avropa İttifaqının sanksiyalarından yayınma cinayət sayıla bilər

Sharing is caring!

İki həftədən sonra Avropa Komissiyası qanuni təklif təqdim edəcək və ona əsasən, Avropa İttifaqı sanksiyalarından yayınma cinayət hesab olunacaq.

Bu addım Aİ üzv dövlətlərinə Rusiyaya qarşı sanksiya kampaniyası çərçivəsində dondurulmuş aktivləri müsadirə etməyə kömək etməlidir.

Sanksiyalardan yayınmağa görə cinayət məsuliyyətinin tətbiqi Rusiya aktivlərinin dondurulması üçün hüquqi əsas olmalıdır.

Aprel ayına qədər Aİ ölkələri artıq təxminən 30 milyard avro dəyərində aktivləri müsadirə ediblər (söhbət xüsusilə Rusiya Federasiyasından olan fiziki və ya hüquqi şəxslərə məxsus yaxtalar, villalardan gedir).

Mənbə: Politico

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir