Dünya

Böyük Britaniya parlamentinin yerləşdiyi saray məhv olmaq təhlükəsi ilə üz-üzədir

Sharing is caring!

Böyük Britaniya parlamentinin yerləşdiyi Londondakı Vestminster sarayı təhlükə saçır.

Bu barədə Viktoriya və Albert Muzeyinin direktoru, siyasətçi Tristram Hant bildirib.

Britaniyalı siyasətçi qeyd edib ki, Vestminster sarayının binası acınacaqlı vəziyyətdədir. Binanın fasadlarında hörgü zədələnib, içəridən rütubət iyi gəlir, aşağı mərtəbədəki otaqlarda isə siçovul dəstələri gəzir. Bundan əlavə, elektrik naqillərinin nasazlığı səbəbindən saray binası daim alovlanma təhlükəsi ilə üzləşir.

Hant vurğulayıb ki, binanın içərisindəki tarixi divar rəsmləri və Britaniya parlamentinin palataları risk altındadırlar. O, bütövlükdə Vestminster sarayının ümumi iyrənc çürümə atmosferinə qərq olunduğunub bildirib.

Mənbə: Financial Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir