Dünya

Paşinyanın ofisi “troll fabriki”inə 1,3 milyon dollar ayırıb

Sharing is caring!

Ermənistanın baş nazirinin ofisi cəmiyyətdə daha çox “feyklər QHT”si kimi tanınan “İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi” QHT-yə böyük məbləğdə qrant ayırıb.

Bu barədə “Hraparak” yazıb.

Nəşrin məlumatına görə, qrant 511,763 milyon dram, yəni təxminən 1,3 milyon dollardır (2,2 milyon manat).

“Bu nəhəng vəsaitlə QHT erməni və beynəlxalq medianı izləməli, hökumətin sosial şəbəkələrini idarə etməli, iqtisadi mövzularda materiallar hazırlamalı və hökumətin piarı ilə məşğul olmalıdır.

Baş nazirin aparatı QHT-yə 10 milyon dram (40,7 min manat – red.) məbləğində daha bir qrant ayırıb. Bu qrant vasitəsilə QHT Gürcüstanda ermənidilli mediaya dəstək verəcək. Yəni belə çıxır ki, qrantı QHT alacaq, amma bu, Gürcüstanda ermənidilli mediaya dəstək hesab olunacaq.

Bu iki qrantın verilməsinə dair sazişlər yanvarın 25-də imzalanıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir