İdman

Qurban Qurbanov: “Rəqib bir xala layiq idi”

Sharing is caring!

“Rəqib bir xala layiq idi. Onları təbrik edirəm. Baş məşqçi Tərlan Əhmədova uğurlar arzulayıram”.

“Report” xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Kəpəz”lə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXI tur matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis qarşılaşmanın asan olmadığını bildirib:

“Gəncədəki oyunlar həmişə gərgin şəraitdə keçib. Təəssüflər olsun ki, oyunumuzu yaxşılaşdıra bilmirik. Görüşün sürətini, dinamikasını normallaşdırmaq üçün şərait də yaxşı olmalıdır. Qış fasiləsindən sonra ilk matçımızı saat 14:00-da süni örtüklü stadionda keçirmişik. Ondan sonra saat 16:00-da, bu gün isə yenidən 14:00-da oynadıq. Belə şəraitdə futbolçulardan tam istədiyimiz performansı gözləyə bilmərəm”.

Təcrübəli baş məşqçi ağır qrafiklə üz-üzə gələcəklərini xatırladıb: “İlk dəfə belə halla rastlaşmırıq. Çatışmazlıqlar var. Qarşıdakı günlərdə matçlara daha yaxşı hazırlaşmağa çalışacağıq. Başqa çıxış yolumuz yoxdur. Əlimizdə olan futbolçuların bərpasını tezləşdirmək lazımdır. Oyundan-oyuna komandanı qarşılaşmalara daha yaxşı kökləmək istəyirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir