Siyasət

“Azad edilən ərazilərlə yanaşı, digər regionlar da Azərbaycan Prezidentinin diqqət mərkəzindədir” – RƏY + FOTO

Sharing is caring!


“Prezident İlham Əliyevin Samux, Şəmkir, Qazax və Bərdə rayonlarına səfər etməsi regionların inkişafına göstərdiyi diqqətin nəticəsidir. Bu, həm də onu sübut edir ki, azad olunmuş ərazilərlə yanaşı, digər regionlar da dövlət başçısının diqqət mərkəzindədir”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, dövlət başçısının bölgələrə səfər etməsi və bir sıra infrastruktur layihələrin açılışlarında şəxsən iştirakı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla davam etdirilməsinin göstəricisidir:

“Bu gün işğaldan azad olunmuş ərazilərdə meqalayihələr icra olunur və Böyük Qayıdış Proqramı uğurla davam etdirilir. 30 il məcburi köçkün həyatını yaşamış insanlar öz doğma yurdlarına qayıdırlar. Dövlətimiz 30 ildə əziyyətli həyat yaşamış insanların gələcəkdə firavan yaşayışının davam etdirilməsinin təmini üçün hər şey edir. Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasını kənardan heç bir maliyyə dəstəyi olmadan, ancaq öz iqtisadi imkanları vasitəsilə icra edir”.

Deputat bildirib ki, torpaqlarımız azad ediləndən indiyədək Qarabağın yenidən qurulmasına dövlət büdcəsindən milyardlarla vəsait ayrılıb:

“Amma bu, digər regionların sosial-iqtisadi inkişafını dayandırmayıb. Bu gün ölkə başçımızın açılışını etdiyi xəstəxana, məktəblər, yol infrastrukturu, su və kanalizasiya sistemləri layihəsi, “DOST mərkəzi” və digər layihələr həmin rayonlarda yaşayan insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Bu, bir daha Prezident İlham Əliyevin siyasi kursunun təməlində vətəndaşların rifahının yaxşılaşdırılmasının dayandığını göstərir. Dünyada bu gün sosial-iqtisadi layihələr həyata keçirən dövlətlər çox azdır. Dünya iqtisadi burulğandadır. Azərbaycan iqtisadiyyatı inkişaf edir, sosial layihələr icra olunur. Hər şey vətəndaşların rifahı naminə edilir və ölkənin iqtisadi gücü də artmaqda davam edir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uzaqgörən siyasətin göstəricisidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir