Cəmiyyət

İcra hakimiyyətindən binanın fəsadının qoparaq küçəyə düşməsi barədə AÇIQLAMA

Sharing is caring!

Səbail rayonu, Bülbül prospekti 7 ünvanında yerləşən binanın fəsadı qoparaq küçəyə düşüb. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Hadisə zamanı xəsarət alan olmasa da, təhlükəli vəziyyət yaranıb.

Məsələ barədə Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Qurumdan Oxu.Az-a bildirilib ki, binanın fasad hissəsinin tam təmir olunması məsələsi nəzarətdə saxlanılır:

“Sahil İncisi” MTK-ya məxsus çoxmənzilli yaşayış binasından üzlük daşı qopub düşən fasad hissə ilə bağlı dərhal tərəfimizdən aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Eyni zamanda, təmir-bərpa işlərinin aparılması məqsədilə sözügedən MTK-ya rəsmi və şifahi qaydada müraciət olunub. 

Qeyd etmək istəyirik ki, “Sahil İncisi” MTK tərəfindən qısa zamanda təmir-bərpa işləri görüləcək. Sözügedən yaşayış binasının fasad hissəsinin tam təmir olunması tərəfimizdən nəzarətdə saxlanılır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir