İdman

Belarusa qayıtmaqdan imtina edən atlet Polşa vətəndaşlığı aldı – FOTO

Sharing is caring!

Belaruslu yüngül atlet Kristina Timanovskaya Polşa vətəndaşlığı aldığını elan edib.

İdmançı bu barədə öz “Instagram” səhifəsində məlumat verib.

“Artıq rəsmi olaraq polşalıyam”, – atlet paylaşdığı fotoya şərhində yazıb.

Xatırladaq ki, Kristina Timanovskaya Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında qalmaqallı olayın iştirakçısı olub.

Atlet 100 metr və 200 metr məsafələrdə yarışmalı olsa da, onu 4×400 metr məsafəyə estafet qaçışı üzrə yığmanın heyətinə daxil ediblər.

İdmançı bu məsafədə ixtisaslaşmadığı üçün sosial şəbəkədə qərara etirazını bildirib. Nəticədə idmançını zorla Belarusa qaytarmağa çalışıblar. Lakin Beynəlxalq Olimpiya Komitəsi vəziyyəti nəzarətə götürüb. Timanovskaya Polşaya humanitar viza alıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir