Cəmiyyət

Bakı buxtasında hansı işlər aparılacaq? – TƏFƏRRÜAT + VİDEO

Sharing is caring!


Bakı buxtasına daxil olan axarlardan hövzəyə çirkab suların və neftli məhsulların axıdılmasının qarşısı alınacaq. Bununla bağlı hazırlıq işlərinə başlanıb.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov bildirib ki, Bakı buxtasının təmizlənməsi proqramı hazırlanır. Buxtanın təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Nazirlər Kabinetində iclas da keçirilib.

Ceyhun Muradov qeyd edib ki, Nazirlər Kabineti tərəfindən aidiyyəti qurumlara Bakı buxtasının təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir neçə istiqamətdə fəaliyyətin təşkil olunması tapşırılıb.

İdarə rəisi onu da əlavə edib ki, Bakı buxtasının təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması işinin koordinasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir