İdman

Reynaldo: “Qarabağ” qalib gələcək”

Sharing is caring!

“Oyun Braziliya vaxtı ilə saat 16:00-da başlayacaq. Səhərdən oturub səbrsizliklə matçın başlama saatını gözləyirəm. İnternet üzərindən baxacağam”.

Bu sözləri Sports.az saytına açıqlamasında “Viktoriya” – “Qarabağ” oyunu barədə danışan ağdamlıların sabiq futbolçusu Reynaldo deyib. 

“Köhlən atlar”ın sabiq “9 nömrə”si 6 il əvvəl bu komandalar arasında duellərdə meydanda olub və hər iki qarşılaşmada 90 dəqiqə çıxış edib. 

Reynaldo axşamkı matçla bağlı danışıb, şansları dəyərləndirib: 

“Viktoriya” güclü rəqibdir. İllər öncə onlara qarşı oynamışdım. Yadıma gəlir, iki real qol şansından yararlana bilməmişdim. “Qarabağ” bir həftə əvvəl Bakıdakı ilk görüşdə 3-4 qol imkanını əldən verdi. Çexiyada maraqlı və gərgin oyun olacaq. “Qarabağ”ın yekunda sevinən tərəf olacağını düşünürəm. 

“Qarabağ” ilk oyunlarda həmişə diqqətli olmağa, riskə getməməyə çalışır. Amma həlledici qarşılaşmalarda qələbə qazanmağı bacarır. Fkrimcə, “Qarabağ” bu gün çətinliklə qalib gələcək. Hesab isə ya 1:0, ya da 2:1 olacaq”. 

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Plzendə keçiriləcək “Viktoriya” – “Qarabağ” görüşü bu axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir