İdman

Azərbaycanın futbol millisi İslamiadada bürünc medal qazanıb – FOTO

Sharing is caring!

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında sonuncu oyununu keçirib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda üçüncü yer uğrunda görüşdə Əlcəzair seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq çıxış edən Azərbaycan yığması İslamiadanın bürünc medalına sahib çıxıb. Milli penaltilər seriyasında 4:3 hesablı qələbə qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir