Dünya

Moskvada leysanla müşayiət olunan tufan başlayıb – VİDEO

Sharing is caring!


Rusiyanın paytaxtı Moskva şəhərinin müxtəlif yerlərində leysanla müşayiət olunan tufan başlayıb. Xüsusilə, Jukovski və Ramenskoyedə güclü ildırım, yağış və kiçik dolu müşahidə olunur. Bəzi iaşə obyektlərini və yolları su basıb, avtomobillər su altında qalıb.

Verilən məlumata görə, bu gün paytaxta güclü yağış səbəbindən aylıq yağıntının dörddəbiri düşə bilər. Şahidlərin videosu qaranlıq səmanı və su basmış yolları göstərir ki, yoldan keçən avtomobillərdən kiçik dalğalar yayılır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir