İdman

ÇL: Kadi Borges ən çox assist edən oyunçudur

Sharing is caring!

“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubunu mübarizədən kənarlaşdırıb.

Sports.az xəbər verir ki, 3:1 hesabıyla başa çatan cavab oyununda bir məhsuldar ötürmə ilə yadda qalan Kadi Borges təsnifat mərhələlərində ən çox assist edən oyunçudur.

Braziliyalı yarımmüdafiəçi üç qol ötürməsi ilə ilk sıradadır. Kadi bu mövsüm turnirdə dörd qola da imza atıb.

“Qarabağ” pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir