İdman

“Neftçi” Avstriyaya yola düşüb

Sharing is caring!

“Neftçi” “Rapid” (Vyana) komandasına qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Avstriyaya yollanıb.

“Report”un məlumatına görə, “ağ-qaralar”ı paytaxt Vyanaya aparan təyyarə saat 09:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Yeni transfer Vato Arveladze də komanda ilə birlikdə səfərə yollanıb. 24 yaşlı gürcüstanlı oyunçu “Rapid”lə qarşılaşmalara sifariş olunmadığı üçün meydana çıxa bilməyəcək.

Qeyd edək ki, sabah keçiriləcək matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk oyunda “Neftçi” 2:1 hesabı ilə qalib gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir