Cəmiyyət

Sabirabadda qəza magistral yolda tıxac yaradıb – FOTO

Sharing is caring!


Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı magistral yolda tıxac yaranıb. Təxminən bir saata yaxın avtomobillərin hərəkəti qəza səbəbindən məhdudlaşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayon Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobilinin yanacaq daşıyan digər bir avtomobillə toqquşması nəticəsində hadisəyə səbəb olan yük avtomobili əks istiqamətdə hərəkətdə olan və “Azərpoçt” MMC-yə məxsus avtomobilin qarşısına çıxıb. Nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırıb.

Qeyd edək ki, qəza səbəbindən magistral yolda böyük tıxac yaranıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb ediliblər və hərəkət bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir