İdman

Donald Gerye “Qarabağ”ı ziyarət etdi – VİDEO

Sharing is caring!

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sürix”lə bugünkü cavab matçına görə hazırda İsveçrədə olan “Qarabağ”ı daha bir sabiq futbolçusu ziyarət edib.

Qol.az xəbər verir ki, haitili futbolçu Donald Gerye Ağdam klubunun qaldığı hotelə gələrək keçmiş komandası ilə görüşüb.

Gerye 2017-2019 və 2020-ci illərdə “Qarabağ”da çıxış edib. O, hazırda Polşanın 4-cü liqa təmsilçisi “Veçista”da oynayır.

Qeyd edək ki, ötən gün “Qarabağ”ın isveçrəli sabiq futbolçusu İnnosent Emeqara da Ağdam klubunu ziyarət etmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir