İdman

Zəfər Kubokunun qalibləri mükafatlandırıldı

Sharing is caring!

İdman Araşdırmalar Mərkəzinin (İAM), Azərbaycan İdman Jurnalistləri, Azərbaycan Voleybol Federasiyası (AVF) və “Avrora Group”la birgə təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokunun finalçıları mükafatlandırılıb.

Oxu.Az-ın məlumatına görə, turnirin qalibinə Zəfər Kuboku, 800 manat pul mükafatı və diplomlar, digər finalçıya isə diplomlar verilib.

Turnirin ən yaxşı oyunçusu seçilən “Şuşa”nın üzvü İsgəndər İbrahimə 100 manat pul mükafatı təqdim olunub.

Həmçinin Zəfər Kubokunun təşkilinə verdiyi dəstəyə görə AVF və “Avrora Group” xüsusi plaketlə təltif ediliblər.

Bundan başqa, final oyunun hakimlərinə, Azərbaycan Voleybol Federasiyasının fotoqrafı İslam Atakişiyevə və qurumun mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimovaya fəxri fərman verilib.

Təltif edilənlər arasında Vətən müharibəsi iştirakçısı, “Vətən uğrunda”, “İgidliyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, Füzuli, Xocavənd və Ağdamın azad olunmasına görə medalları ilə təltif olunmuş polkovnik-leytenant Vüsal Nağıyev də olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir