Dünya

Penaltidən ən çox qol vuran futbolçular: Ronaldu əlçatmazdır

Sharing is caring!


Penaltidən ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının yaydığı məlumata görə, Kriştianu Ronaldu 151 penalti qolu ilə zirvədədir.

Portuqaliyalı 102 dəfə ölkə çempionatlarında, 10 dəfə kubok yarışlarında, 21 dəfə avrokuboklarda və 18 dəfə milli komandada 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 

Ümumilikdə 5 futbolçu penaltidən 100 və ya daha çox qol vura bilib. Ronaldudan əlavə Romario (Braziliya, 114 qol), Ronald Kuman (Niderland, 113), Lionel Messi (Argentina, 108) və Roberto Bacco (İtaliya, 100) siyahıda yer alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir