İdman

Marselo İtaliya A seriyasında çıxış etməyə yaxındır

Sharing is caring!

Bu mövsümün sonunda “Real”dan (Madrid) ayrılan braziliyalı müdafiəçi Marselo İtaliyanın A Seriyasında çıxış edən “Monsa” klubunda çıxış edə bilər.

Mənbənin sözlərinə görə, “Monsa” bu mövsüm İtaliya çempionatında ilk 10-luğa düşməyi hədəfləyib və bunun üçün heyətini gücləndirməyə çalışır.

Qeyd edək ki, 32 yaşlı cinah müdafiəçisi 2007-ci ildən “Real”ın uğurları üçün tər töküb.

Merselo “Real”da 544 matçda iştirak edib, 37 qol vurub və 103 məhsuldar ötürmə verib. Braziliyalı müdafiəçi Madrid klubunun heyətində beş dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.

Mənbə: Marca

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir