Cəmiyyət

Sabunçuda əməliyyat: Silahlı şəxslər saxlanıldılar – VİDEO

Sharing is caring!


Bakının Sabunçu rayonunda silahlı şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Tofiq Yədayi üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Ondan “Kalaşnikov-74” markalı avtomat, bir ədəd patron darağı və doqquz ədəd patron aşkar olunaraq götürülüb.

T.Yədayi silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Sabunçu RPİ-nin NMB-nin əməkdaşlarının bir müddət əvvəl həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlayan iki nəfər – Rafiq Bağırov və Elxan Vahabov da saxlanılıblar.

Bu şəxslərdən isə ümumilikdə iki ədəd “Makarov” tapançası, iki ədəd patron darağı və 11 ədəd patron aşkar olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir