İdman

“Qarabağ” Polşa çempionunu keçərsə… – Mümkün rəqib BİLİNDİ + YENİLƏNİB

Sharing is caring!

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibi bəlli olub.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Lex” komandasını üstələyəcəyi təqdirdə İsveçrə çempionu “Sürix” ilə qarşılaşacaq. “Qarabağ”ın təşkil etdiyi cüt ilk oyununu evdə keçirəcək.

Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su isə II təsnifat mərhələsində “Şkupi” (Şimali Makedoniya) – “Linkoln Red İmps” (Cəbəllüttariq) cütünün qalibi ilə qarşılaşacaq. “Dinamo” ilk matçını Zaqrebdə oynayacaq.

Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də baş tutacaq.

11:15

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşəcək.

“Köhlən atlar” I təsnifat mərhələsində Polşanın “Lex” klubunu keçəcəyi təqdirdə, növbəti mərhələdə “Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan), “Şkupi” (Şimali Makedoniya) – “Linkoln Red İmps” (Cəbəllüttariq) cütlərindən birinin qalibi ilə və ya İsveçrə “Sürix”i ilə görüşəcək.

Bundan əlavə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya çempionu “Dinamo”nun da rəqibi bilinəcək. Zaqreb komandası “səpələnmişlər” səbətində yer alacaq və o da “Qarabağ”ın potensial rəqiblərindən biri ilə qarşılaşacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçları 19-20 iyulda və cavab matçları 26-27 iyulda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir