İdman

Basketbol Federasiyasının loqosu və saytı, millimizin isə forması yeniləndi – FOTO/VİDEO

Sharing is caring!

Azərbaycan Basketbol Federasiyası loqosunu dəyişib.

Oxu.Az-ın xəbərinə görə, yeni loqoda Azərbaycan bayrağının rənglərindən istifadə olunub.

Həmçinin milli komandanın gözəl tərtib olunmuş yeni formaları və federasiyanın yenilənmiş veb-saytı təqdim olunub.

Federasiyanın bundan sonra yeni şüarı da olacaq – “Yeni nəfəs! Yeni başlanğıc!” Bununla bağlı videoçarx hazırlanıb.

Bildirilib ki, martda İzmirdə, apreldə Ankarada, mayda Tbilisidə təlim-məşq toplanışı keçirilib, iyunda isə İstanbulda toplanış keçirilməsi nəzərdə tutulub. 

3×3 millimiz Kiprin Limassol şəhərində, əsas yığmamız isə Maltanın Ta Kali şəhərində yarışacaq.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir