Cəmiyyət

Bakının tıxac problemi: Qabaqlayıcı tədbirlər görülür – VİDEO

Sharing is caring!


Paytaxda, əvvələr günün pik saatlarında sıxlıq yaşanırdısa, indi hər vaxt tıxacın şahidi oluruq.

Xezerxeber.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov, ötən gün keçirilən kollegiya iclasında bu məsələyə də diqqət çəkib. Nazir bildirib ki, yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılması, digər qanunazidd halların aradan qaldırılması, ümumən bu sahədə tədbirlərin gücləndirilməsi zəruridir. O, həkətin təhlükəsizliyinin təmini ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Şəhər yollarını, xüsusən də nəqliyyatın hərəkətini hər zaman diqqətdə saxlayan, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov deyir ki, hərəkətin intensiv olduğu küçə və prospektlərdə sıxlığın yaranmaması üçün qabaqlayıcı tədbirlər görülür.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirib ki, paytaxt ərazisində nəqliyyatın fasiləsiz hərəkətini təşkil etmək məqsədi ilə Yol Polisi də nəzarəti artırıb. Baş İnspektor da edilən xəbərdarlıq və yazılan cəriməyə baxmayaraq, sıxlığın bəzi sürücülər tərəfindən dayanma və durma qaydasının kobud şəkildə pozulması səbəbindən olduğunu deyib.

Araz Əsgərli vurğulayıb ki, dayanma və durma qaydasını pozan sürücülər barəsində inzibati qaydada protakol tərtib olunur. Sürücülər qanunamüvafiq olaraq 20 və 40 manat məbləğində cərimə edilirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir