Dünya

MKİ İranda 1953-cü il çevrilişinə kömək etdiyini açıqladı

Sharing is caring!


ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İranda 1953-cü il çevrilişinə köməklik göstərib. Bu barədə qurumun özü etiraf edib.

Məlumata görə, ABŞ ölkədə kommunistlərin hakimiyyətə gəlməsinin qarşısını almaq istəyib. Lakin öz fəaliyyəti ilə İslam İnqilabına yol açıb.

Qərbin müdaxiləsi İranda Ayətullah rejimini hakimiyyətə gətirən fobiyaları gücləndirib.

Qərb kəşfiyyat xidmətləri şaha Müsəddiqi devirməkdə və tərəfdarlarını məğlub etməkdə kömək edib. Bundan sonra İranda hakim rejim getdikcə avtoritar xarakter almağa başlayıb. Lakin monarx şiə ruhanilərinin yaratdığı müxalifət təhlükəsini vaxtında görməyib və nəhayət 1979-cu ildə İslam İnqilabı onun hakimiyyətini əlindən alıb.

Mənbə: meduza.io

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir