Dünya

İspaniyada iki qatar toqquşdu: 155 yaralı – FOTO/VİDEO

Sharing is caring!

İspaniyada iki qatar toqquşub. Nəticədə 155 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Hadisə Barselona əyalətində yerləşən Monkada-i-Reşak stansiyasında baş verib.

Əraziyə çoxlu sayda təcili yardım maşınları cəlb edilib.

Məlumata görə, qatar stansiyada dayanmış sərnişinlərlə dolu sürət qatarına çırpılıb. Zərərçəkənlərin əksəriyyəti ağır bədən xəsarətləri alıb.

Bildirilir ki, bu xətt üzrə şəhərətrafı qatarların hərəkəti dayandırılıb, nəqliyyat şirkəti digər sərnişinləri Barselonaya çatdırmaq üçün avtobuslar göndərib.

Mənbə: El Pais

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir