Dünya

Rusiyada 64 yaşlı məşqçi 14 yaşlı idmançıya təcavüz edib

Sharing is caring!


Primorsk Ərazisi Atletika Federasiyasının baş məşqçisi Yuri Paxomkin etiraf edib ki, o, Çelyabinskdə səfər yarışı zamanı hoteldə yeniyetmə qıza təcavüz edib.

İstintaqın məlumatına görə, ötən ilin iyulunda həmin vaxt 14 yaşı olan gənc idmançı 64 yaşlı məşqçisi ilə Çelyabinskdə yarışa gedib. Çalışdırıcı və yetirməsi on gün eyni hoteldə – “Visit”də qalıblar.

Məktəbli qızın dediyinə görə, bu hoteldə yaşlı məşqçi ona qarşı hər cür ədəbsiz hərəkətlər edib. Qız bu barədə anasına yalnız indi danışmaq qərarına gəlib.

Polis cinayəti etiraf edən Paxomkini saxlayıb və cinayət işi açıb. Məşqçini üç ilə qədər həbs gözləyir.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir