İdman

“Qəbələ” və “Neftçi” böyük məbləğdə cərimələndi

Sharing is caring!

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Oxu.Az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXVI turunda baş verənlər müzakirə olunub.

“Qəbələ” – “Neftçi” oyununda hər iki komandanın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klubların hər biri 4 min manat cərimə olunub.

“Neftçi” fanatları tərəfindən meydana pirotexniki vasitə atıldığı üçün klub daha 1600 manat ziyana düşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir