İdman

“Liverpul” “Tottenhem”lə bacarmadı – VİDEO

Sharing is caring!

İngiltərə Premyer Liqasında turun mərkəzi qarşılaşması baş tutub.

Bu mövsüm həm ölkəsinin, həm də Avropanın ən yaxşı komandası adını qazanmağı hədəfləyən “Liverpul” doğma azarkeşləri önündə “Tottenhem”i qəbul edib.

“Enfild”də baş tutan matç minimal hesablı heç-heçə ilə bitib – 1:1.

Qeyd edək ki, Klopun yetirmələri finişə yaxın mühüm xallardan məhrum olsalar da, bu nəticə mersisaydlıları çempionatın liderliyinə yüksəldib. Hazırda ikinci pilləyə düşən “Mançester Siti” isə mayın 8-də “Nyukasl”ı qonaq edəcək.

“Tottenhem”ə gəlincə, turnir cədvəlində 5-ci olan komanda sona üç tur qalmış ilk dördlüyə düşərək Çempionlar Liqasına qatılmaq şansını hələ də saxlayır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir