Cəmiyyət

DYP avtomobili kanala düşdü – VİDEO

Sharing is caring!

Lənkəranda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə qəza baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, YPX avtomobili kanala düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə xidməti avtomobil hərəkətdə olarkən yaranmış texniki nasazlıq səbəbindən baş verib:

“Hadisə nəticəsində heç kim xəsarət almayıb, o cümlədən nəqliyyat vasitəsinə hər hansı zərər dəyməyib”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir