Cəmiyyət

“Azərpoçt” xətti ilə Türkiyəyə böyük məbləğdə yardım göndərildi

Sharing is caring!

Cənab Prezidentin çağırışı ilə Azərbaycan xalqı qardaş türk xalqına yardım kampaniyasına qoşulub.

Belə ki, bir neçə gün öncə Türkiyənin cənub-şərqində, çoxsaylı insan itkisi və dağıntılarla nəticələnən zəlzələdən sonra Azərbaycan xalqı öz qardaş-bacılarına dəstək üçün əlindən gələni əsirgəmir.

Sevindirici haldır ki, təkcə 6-7 fevral tarixlərində vətəndaşlarımız tərəfindən Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara “Azərpoçt” üzərindən beynəlxalq pulköçürmələri sistemləri vasitəsilə 255 min ABŞ dolları məbləğində vəsait göndərilib.  

Bu barədə “Azərpoçt” məlumat yayıb.

“Azərpoçt” zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir