Cəmiyyət

Universitetin laborantı işdə vəfat etdi

Sharing is caring!

Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşı vəfat edib.

AzMİU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün səhər saatlarında olub:

“Universitetin Fizika və kimya kafedrasının böyük laborantı Aybəniz Kosayeva işə gəlib və qəfil halı pisləşib. Universitetin tibb xidmətinin və çağırılan təcili tibbi yardım həkimlərinin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Aybəniz Kosayeva ürək çatışmazlığından əziyyət çəkirdi və bu xəstəliyə görə müalicə alırdı. Həkimlərin ilkin təshihinə görə, onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir