İdman

Avropa Liqasında finalçılar bəlli oldu – VİDEO

Sharing is caring!

UEFA Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. 

Oxu.Az xəbər verir ki, cavab oyunlarından sonra turnirin finalçıları bəlli olub.

Almaniyadakı ilk matçda minimal hesablı qələbə qazanan “Leyptsiq” bu dəfə “Reyncers”lə Şotlandiyada üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə uduzan qonaqlar turnirlə vidalaşıb. Meydan sahibləri isə finala çıxıb.

Gecənin digər oyununda Almaniya “Ayntraxt”ı evdə İngiltərə “Vest Hem”inə minimal hesabla qalib gələrək, finala yüksəlib.

Londondakı ilk görüş də Frankfurt təmsilçisinin xeyrinə başa çatmışdı

UEFA Avropa Liqası, yarımfinal
Cavab oyunları
5 may

“Reyncers” (Şotlandiya) – “Leyptsiq” (Almaniya) – 3:1
Qollar:
 Ceyms Tavernye, 19. Qlen Kamara, 24. Con Landstrem, 81 – Kristofer Nkunku, 71
İlk oyun – 0:1

“Ayntraxt” (Almaniya) – “Vest Hem” (İngiltərə) – 1:0
Qol: 
Rafael Borre, 26
Qırmızı vərəqə: Aaron Kressuell, 17 (“Vest Hem”)
İlk oyun – 2:1

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 18-də İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir