Cəmiyyət

74-cü Beynəlxalq Astronavtika Konqresinin dördüncü günündə İlon Mask çıxış edəcək

Sharing is caring!


74-cü Beynəlxalq Astronavtika Konqresinin dördüncü günündə İlon Maskın çıxışı gözlənilir.

Oxu.Az xəbər verir ki, “SpaceX” şirkətinin təsisçisi İlon Mask bu gün Bakı vaxtı ilə saat 17:45-də 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edəcək. Mətbuat nümayəndələri və konqres iştirakçıları çıxışı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə dinləyə bilərlər.

Çıxış 74-cü Beynəlxalq Astronavtika Konqresinin “X” (keçmiş “Twitter”) platformasındakı rəsmi səhifəsində canlı olaraq yayımlanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir